Nida Xəbər
XİN: İşğal olunmuş ərazilərimizdə keçirilən oyunlar futbolun parodiyasından başqa bir şey deyil
Ölkəmizin işğal olunmuş ərazilərində keçirilən, hər hansı rəsmi futbol assosiasiyası tərəfindən tanınmayan və öz sıralarında qeyri-legitim qurumları bir araya gətirən “konfederasiya”nın təşkil etdiyi oyunlar futbolun parodiyasından başqa bir şey deyildir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ ərazisində “müstəqil futbol assosiasiyaları konfederasiyası”nın (conifa) futbol oyununun keçirilməsi ilə bağlı suala cavabında deyib.
“Mən bu məsələyə əhəmiyyət verib çox danışmaqla onun təşviqinə xidmət etmək istəmirəm. Bildiyiniz kimi, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bununla bağlı etirazını bildirib. Bu oyunlarda iştirak edənlər sırasında olan Laplandiyanın adı mənə “qarlar ölkəsi” ilə bağlı nağılları xatırladır. Əslində elə erməni psixologiyası nağıllar və əfsanələr üzərində qurulub və onlar buna inanırlar”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO