Türkiyə ordusu Naxçıvanda - FOTO
Bizi izləyin

Nida Xəbər

Türkiyə ordusu Naxçıvanda - FOTO

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.

Publika.az-a Əlahiddə Ümumqoşun Ordudanverilən məlumata görə, məqsəd iyunun 7-dən 11-dək keçiriləcək “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə qatılmaqdır.

Bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən, hərbi-texniki əməkdaşlıqdan və artıq ənənə halını almış döyüş atışlı birgə təlimlərin əhəmiyyətindən danışıblar.

Sonda təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm