Azərbaycanda bayramın sabah olması... - Şərqşünasdan SƏRT SÖZLƏR
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda bayramın sabah olması... - Şərqşünasdan SƏRT SÖZLƏR

Hər il olduğu kimi bu il də Ramazan bayramı müsəlman ölkələrində fərqli günə təsadüf etdi. Alimlər bunu coğrafi mövqe ilə izah etsə də, müsəlman aləmində bayramın fərqli günlərdə qeyd olunması məsələsindən ölkəmizdə xoş olmayan məqsədlər üçün istifadə etməyə çalışanlar, inanclı insanlar arasında nifaq toxumu səpməyə çalışanlar da az olmadı.

Publika.az-a danışan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli buna çox sərt münasibət bildirib.

Onun sözlərinə görə, ayın görünməsi coğrafi mövqe ilə bağlıdır və bununla elm adamları məşğul olur: “Azərbaycanda bu məsələlər Qafqaz Müsəlmanları İdarəsi və Şamaxı Rəsədxanasının işidir. Qafqaz Müsəlmanları İdarəsi elmi müşahidələrə əsaslanır, eyni zamanda, dini qaydalarla elmi qanunların uzlaşdırılması nəticəsində bu məsələyə münasibət bildirir. Bizim də vəzifəmiz Qafqaz müsəlmanları İdarəmizin fətvasına əməl etməkdir, burada hansısa çirkin məqsədlər axtarmaq deyil.

Coğrafi mövqedən asılı olaraq müsəlman ölkələrində Ayın görünməsi fərqli zamanlara təsadüf edir. Yəni bir neçə islam ölkəsində bu günün bayram kimi qeyd edilməsi dinə uyğun olduğu kimi, sabah da bizdə və digər ölkələrdə bayram namazının qılınması dinin tələblərinə tam uyğundur. Burada hansısa başqa niyyətlərin axtarılması, xalq arasında çaşqınlıq yaratmaq, dövlətimizin din siyasətinə zərbə vurmağa çaba göstərmək, Qafqaz Müsəlmanları İdarəsini aşağılamaq qəti yolverilməzdir. Üzücü odur ki, bir çoxları, hətta hörmətli şeyximiz Allahşükür Paşazadənin iftar süfrəsində oturan bəzi şəxslər indi Qafqaz Müsəlmanları İdarəsinin bu qərarını başqa yerlərə bağlamağa çalışırlar. Fikrimcə, müqəddəs ayın sonuncu günündə birilərinin öz təkrifçi zehniyyəti ilə ölkənin dini mühitinə nifaq toxumu səpməyə çalışması yolverilməzdir. Biz əsl inanclı insanlar belə toxumların cücərməsinə əsla imkan verməməliyik. Allah xalqımızı onların fitnəsindən qorusun, Rəbimmiz onlara çirkin niyyətlərini həyata keçirməyə fürsət verməsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm