Nida Xəbər
Novruz Məmmədov: Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır
Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır.
Bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov deyib.
Baş Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında həyata keçirilən bütün islahatlar və gələcəkdə görüləcək işlər barədə məlumat verib, bütün ictimaiyyət bu barədə bilir: “Bu gün ölkəmizin davamlı inkişafını təmin etmək üçün çox vacib addımlar atılır. Atılan addımlar və bu sahədə əldə edilən nailiyyətlər göz qabağındadır. Bu gələcək dövrlərdə də belə davam edəcək”.
Novruz Məmmədov qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi bugünkü mötəbər tədbirdə dünyanın bir çox ölkələrinin gömrük xidmətləri öz təcrübələrini bölüşür, konfransın işi informasiya texnologiyaları sahəsinin inkişafına təkan verir. Gömrük sahəsində görülən işlər ölkənin dayanıqlı inkişafı üçün əhəmiyyət kəsb edir. Dövlət Gömrük Komitəsi informasiya sahəsində böyük nailiyyətlər qazanıb və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. (Azərtac)
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK