Sergey Markov: Heydər Əliyev müasir Azərbaycan dövlətini yaratdı
Bizi izləyin

Nida Xəbər

Sergey Markov: Heydər Əliyev müasir Azərbaycan dövlətini yaratdı

Azərbaycan tarixinin ən çətin dövründə - 1990-cı illərin əvvəllərində Heydər Əliyev böyük iradə nümayiş etdirərək ölkəyə qayıtdı və müasir Azərbaycan dövlətini yaratdı.

Publika.az Azərtaca-a istinadən xəbər verir ki, bu fikri rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov söyləyib. O bildirib ki, Azərbaycana ikinci qayıdışı dövründə Heydər Əliyev, ilk növbədə, xalqı azərbaycançılıq ideyası ətrafında birləşdirərək müasir Azərbaycan dövlətini yaratdı. Azərbaycan inkişaf etmək imkanı qazandı. Heydər Əliyev xalq ilə hakimiyyətin vəhdətinə nail oldu.

S.Markov deyib: “Heydər Əliyev ölkənin neft-qaz sektoruna böyük investisiyalar cəlb etməklə yanaşı, iqtisadiyyatın bu sektoruna ümummilli və dövlət nəzarətini də təmin etmişdi. Bu, əlbəttə, Heydər Əliyevin dahiyanə qərarlarının nəticəsi idi. “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının tezliklə bərpa edilməsinə şərait yaratdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm