Nida Xəbər
Nazir Opermanla görüşdü
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizə səfəri çərçivəsində Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Publika.az-a verilən məlumata görə, görüş zamanı Tomas Opperman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini və dövlət başçısı ilə maraqlı müzakirələrin aparıldığını qeyd edib.
Tərəflər Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Azərbaycan və Almaniya arasında mövcud ikitərəfli münasibətlərdən danışaraq, siyasi, iqtisadi, mədəni və s. sahələrdə mövcud olan əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti, keçirilmiş son görüşlərlə bağlı, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş son qanlı təxribat əməlləri haqqında həmsöhbətini geniş məlumatlandırıb. Bölgədə sülh, təhlükəsizlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq tanınmış sərhədlərə hörmət edilməsinin və işğalın nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Öz növbəsində, Tomas Opperman bölgədə rifah və tərəqqinin vacibliyini qeyd edərək vəziyyəti gərginləşdirəcək bəyanat və əməllərin gərəksiz olduğunu bildirib.
Daha sonra tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər haqqında geniş fikir mübadiləsi aparıblar.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü