Mübariz Qurbanlıdan “Qaloş piri” ilə bağlı SƏRT SÖZLƏR
Bizi izləyin

Nida Xəbər

Mübariz Qurbanlıdan “Qaloş piri” ilə bağlı SƏRT SÖZLƏR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıGoranboy rayonu Qurbanzadə kəndində “Qaloş piri”nin fəaliyyət göstərməsi barədə yayılan görüntülərə münasibət bildirib.

"Report" xəbər verir ki, M.Qurbanlı jurnalistlərə açıqlamasında bu görüntülərin təəssüf hissi doğurduğunu deyib.

Onun sözlərinə görə, həmin evdə daimi olaraq bu cür tədbirlərin keçirilməsi ilə bağlı Dövlət Komitəsində məlumat olmayıb: "Dövlət Komitəsinin yerli şöbəsi həmin yerdə araşdırma aparıb və ev sahiblərinə xəbərdarlıq olunub. Onun diqqətinə çatdırılıb ki, bu cür hərəkətlər qanunazidd və xurafatdır. Əminəm ki, onlar da müəyyən nəticə çıxarıblar və bu hal təkrar olunmayacaq".

M.Qurbanlı qeyd edib ki, həmin görüntülərdə xurafat elementinin olması insanların müəyyən məsələləri kifayət qədər bilməməsindən irəli gəlir: "Çünki bilirik ki, insanın sağlam olması öz əlindədir və səhhətində problem varsa, həkimə getməlidir. Zaman-zaman bu cür hadisələrə, xurafat elementlərinə başqa ölkələrdə də rast gəlinir. Təbii ki, bunlar olmamalıdır. Bunun da qarşısını almaq üçün maarifləndirici iş görməli, zamanında insanlara xəbərdarlıq edilməlidir ki, bu cür hərəkətlər qanunaziddir. Əslində bu dini fəaliyyət deyil. Bunu dinlə bağlamaq düzgün deyil. Bizim üzərimizə düşən öhdəliyi bilirik və lazımı tədbirləri görürük".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm