Nida Xəbər
TÜRK PA-nın baş katibi: "Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir"
Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyada gender bərabərliyi hərəkatının ön sıralarında durur və bu sahədə çoxşaxəli fəaliyyəti ilə öz töhfəsini verməkdədir.
Trend-in məlumatına görə, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) Baş katibi Altınbek Mamayusupov Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Azərbaycan hələ bir əsr öncə qərb ölkələrinin bir çoxundan əvvəl qadınlara səsvermə hüququ verən dövlət olub: “Hazırda bütün türkdilli ölkələrdə qadınların cəmiyyət və dövlət həyatında rolu müşahidə olunmaqdadır. TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər. Üzv ölkələrdə gender bərabərliyi ilə bağlı normativ hüquqi baza yaradılıb”.
A. Mamayusupov vurğulayıb ki, son illərdə hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalmaqdadır. O bildirib ki, bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır.
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı