Spiker: Ulu öndərin hakimiyyətə qayıdışı ilə qardaş qırğınının qarşısı alındı
Bizi izləyin

Nida Xəbər

Spiker: Ulu öndərin hakimiyyətə qayıdışı ilə qardaş qırğınının qarşısı alındı

Milli Məclisin növbədənkənar iclası başlayıb.

Publika.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov 15 iyun - Milli Qurtuluş Günündən danışıb.

Spiker qeyd edib ki, sabah Azərbaycan Qurtuluş Gününü qeyd edəcək: “1993-cü ilin canlı hadisələrindən uzaqlaşdıqca Heydər Əliyevin qədir-qiyməti daha çox bilinir. Həmin dövrdə Azərbaycan əldə etdiyi müstəqilliyi itirmək və qardaş qırğını ərəfəsində idi. Bu ağır günlərdə müdrik Azərbaycan xalqı dahi oğlu, ümumilli lider Heydər Əliyevə müraciət etdi. Ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkədə qardaş qırğını aradan qaldırıldı, müasir Azərbaycan dövlətinin istiqamətləri müəyyən olundu”.

Spikerin çıxışını deputatlar tərəfindən alqışla qarşılanıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm