Fərid Şəfiyevin Böyük Britaniyanın nüfuzlu jurnalında məqaləsi dərc olundu
Bizi izləyin

Nida Xəbər

Fərid Şəfiyevin Böyük Britaniyanın nüfuzlu jurnalında məqaləsi dərc olundu

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Həyətinin Sədri Fərid Şəfiyevin Böyük Britaniyanın nüfuzlu dərgisi olan "Müsəlman Azlıqların Məsələsi Jurnalı”nda (Journal of Muslim Minority Affairs) "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan sürgün edilməsi" adlı akademik məqaləsi dərc olunub.

Məqalədə SSRİ rəhbərliyinin İkinci Dünya Müharibəsindən sonra Türkiyəyə qarşı ərazi iddiaları və bunun nəticəsində ermənilərin xaricdən repatriasiya və azərbaycanlıların Ermənistandan sürgün edilməsindən bəhs edilir. Sovet İttifaqı və Azərbaycan arxivlərindən əldə olunmuş material əsasında aparılmış elmi araşdırmada Sovet İttifaqı rəhbərliyinin Cənubi Qafqazda gedən siyasi və etnik proseslərə təsiri təhlil olunur.

Qeyd etmək lazımdır ki, bu, ingilisdilli akademik dərgidə 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan sürgün edilməsinə həsr olunmuş ilk elmi məqalədir.

Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2019-cu il tarixli, 515 nömrəli Fərmanı ilə yaradılmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, müvafiq məsələlərə dair Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycan Respublikasının dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm