Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında oldular
Bizi izləyin

Nida Xəbər

Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında oldular

İyunun 15-də “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən qadın parlamentarilərin beynəlxalq konfransının iştirakçıları Bakıda TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar.

Publika.az xəbər verir ki, qurumun baş katibi Altınbek Mamayusupov qonaqlara TürkPa-nın fəaliyyəti barədə məlumat verib. O bildirib ki, təşkilatın əsas məqsədi tariximizin qorunmasına və ortaq maraqlarımızın həyata keçirilməsinə xidmət etməkdir. “Hazırda bu istiqamətlərdə fəaliyyətimizi davam etdiririk. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir. Bu illər ərzində TürkPA-ya üzv ölkələr beynəlxalq aləmdə özlərinə layiqli yer tutublar. Dünyada artıq bizim ölkələrimizin parlamentlərinin də səsi eşidilir”-deyə baş katib qeyd edib.

Türkdilli ölkələr arasında əməkdaşlığının əhəmiyyətini vurğulayan Altınbek Mamayusupov müvafiq qurumların işinə hüquqi dəstək göstərilməsində səylərin birləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Sonra qonaqlar Katibliyin kitabxanasında üzv ölkələrin dostluq və qardaşlığını əks etdirən nəşrlərə, albomlara baxıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm