Nida Xəbər
Zaxarova: Bakını açıq səma altında muzeyə çeviriblər
Bakıya yenidən gəlişimdə şəhərin daha da gözəlləşdiyinin şahidi oldum.
Publika.az xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın TASS agentliyinin jurnalisti Səadət Kadırovanın “kadyrova.online” “YouTube” kanalında yayımlanan “Meçtı sbıvayutsya” (“Arzular gerçəkləşir”) adlı müəllif verilişində ötən ilin yayında Bakıya səfəri, “Jara” festivalının açılışında iştirakı barədə təəssüratlarını bölüşərkən deyib.
Bakıda çox yaxşı qarşılandığını qeyd edən M.Zaxarova deyib: “Gözəl qarşılandım. Bu, çox xoşuma gəldi. Mən bu şəhəri çox sevirəm. Hesab edirəm ki, bu şəhəri açıq səma altında muzeyə çeviriblər. Mən müasir Bakını təxminən altı il bundan əvvəl görmüşdüm və buraya yenidən gəlişimdə şəhərin daha da gözəlləşdiyinin şahidi oldum. Neftin qiymətlərinin aşağı düşdüyü bir vaxtda Azərbaycanın turizmə sərmayə yatırması əhəmiyyətli rol oynadı”.
M.Zaxarova, həmçinin Bakıda Xalça Muzeyini ziyarət etməsindən danışıb. O deyib: “Sən hər regionun öz xalçaçılıq məktəbinin olduğunu və bu məktəbin qorunub saxlandığını görürsən. Bu, fantastikadır”.
M.Zaxarova Azərbaycan mətbəxi barədə də fikirlərini bildirib. O, günəşin, dənizin və mətbəxin - Azərbaycanda hər şeyin onun xoşuna gəldiyini qeyd edib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!