Millət vəkili: "Mehriban xanımın bu tərifəlayiq addımı…"
Bizi izləyin

Nida Xəbər

Millət vəkili: "Mehriban xanımın bu tərifəlayiq addımı…"

Azərbaycanın milli-azadlıq hərəkatının lideri mərhum Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatından sonra həm ölkə prezidenti İlham Əliyevin, həm də birinci vitse-prezident Mehriban Əliyevanın atdığı addımlar gözlədiyim və atılması vacib olan addımlar idi.

Publika.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa feysbuk səhifəsində yazıb.

Millət vəkili bildirib ki, sSöhbət məsələnin maddi tərəfindən getmir, hakimiyyət və siyasət məsələlərinin qat-qat üzərində mövcud olan insanlıq dəyərlərinin önə çəkilməsindən gedir: "Cəmiyyətimizin ən çox da buna ehtiyacı var. Bir-birimizə hakimiyyət və siyasətin amansız emosiyasından uzaqlaşaraq sırf bir millətə mənsub insanlar kimi sadələşdirilmiş sayğı və ehtiram göstərməyi ənənəyə çevirməmiz olduqca vacibdir. Bu, ənənəyə ona görə çevrilməlidir ki, gələcəyimizdə siyasi-ideoloji dünyagörüşü fərqlilikləri, düşüncə ayrılıqları insan münasibətlərinin dəyərindən heç vaxt üstün tutulmasın, sayı az, problemləri çox olan millətimizn insanlarının bir-birinə aqressiyası azalsın. Mən istərdim ki, həm İlham Əliyevin, həm də Mehriban xanımın bu tərifəlayiq addımının təqdir olunmasından daha çox, cəmiyyət həyatımızda bir müsbət davranış nümunəsi kimi hamılıqla anlaşılması baş versin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm