XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
Bizi izləyin

Nida Xəbər

XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir

Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdim. Çünki bu dalana aparan bir yoldur. Xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşınqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır.

Publika.az xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin Dağlıq Qarabağda 10 min silahlı qüvvənin iştirakı ilə hərbi təlimlər keçirməsini bəyan etməsini şərh edən Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

"Həqiqətən, Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir. Bir tərəfdən müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10 min hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləcəyini bəyan edir, digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşinqtonda münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır. Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə “bundan sonra nə?” sualı ilə müraciət etməli oluruq”, - o deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm