Zurab Pololikaşvili: "Bütün iştirakçılara tövsiyə edirik ki, Bakıda qalsınlar"
Bizi izləyin

Nida Xəbər

Zurab Pololikaşvili: "Bütün iştirakçılara tövsiyə edirik ki, Bakıda qalsınlar"

BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, ÜTT-nin baş katibi Zurab Pololikaşvili iyunun 16-dan 18-dək Bakıda keçirilən sessiyanın nəticələri barədə danışıb. O, regiondan – Gürcüstandan olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın turizm sahəsində imkanlarını daha da təşviq etmək lazmıdır: “Mən bir ildir bu vəzifədə çalışıram və bu bölgədən – Gürcüstandan olduğum üçün eyni zamanda Azərbaycanı da təmsil edən baş katib qismində çıxış edirəm. Qeyd edim ki, İcraiyyə Şurasının iclasları ildə iki keçirilir. Həmin iclaslarda ən vacib məsələlər müzkirə olunur. Budəfəki sessiyada sentyabr ayında ÜTT Baş Assambleyasının Sankt- Peterburqa keçiriləcək iclasına hazırlıqla bağlı müzakirələr aparıldı”.

Baş katib bildirib ki, Bakıda keçirilən sessiyada 37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələri iştirak edib: “Burada Azərbaycan, Yaponiya, Argentina kimi ölklər təmsil olunub. Beş qitədən olan nümayədələr Bakıda idi. Bütün iştirakçılara tövsiyə edirik ki, Bakıda qalsınlar və Azərbaycanın qonaqpərvərliyini görsünlər. Azərbaycan neft istehsal edən ölkə kimi əldə etdiyi vəsaiti turizm sahəsinə yatırır. Bu işlər cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Biz iştirakçılara yeidən Azərbaycana gəlməyə tövsiyə edirik”.

Baş katib bildirb ki, sessiyaya ABŞ-dan böyük nümayəndə heyəti qatılıb: “ABŞ bizim sıralarımızı 23 il əvvəl tərk etdi. Amma dünən Donald Tramp administrasiyanın nümayəndəsi burada idi. Dünən elan olundu ki, ABŞ-ın bizim təşkilata qayıtmaq istəyir. Bu, bizim üçün çox vacidbidir. Belə bir güclü tərəfdaşın olması bizim üçün böyük nailiyyətdir”.

Z.Pololikaşvili bu ili təhsil ili elan etdiklərini bildirob: “Bizim region ölkələrində nümayəndəkilərimiz, ofislərimiz açılacaq. İki il ərzində turizm və təhsil sahəsində fəaliyyət göstərən 10-15 beynəlxalq mərkəzin açılacağı gözlənilir. Dünən Rusiya nümayəndə heyəti də bizimlə bir yerdə idi. Biz onlarla Sankt-Peterburqda keçirləcək iclasla bağlı saziş imzaladıq”.

Baş katib Sankt-Peterburqda 5 prioritet mövzunun müzakirə olunacağını bildirib: “Biirnci, innoasiya və rəqəmsallaşdırmadır. Beləliklə, biz “Turizm-tek” layihəsinə start vermiş oluruq. Biz startpları və innovasiya ilə məşğul olanları bu işə cəlb edəcəyik. İkinci prioritet sərmayədir. Konkret məkanlar olmalıdır ki, ora investisiya qoyulsun. Payızda etibarən “Faynəşnl Tayms” qəzeti ilə əməkdaşlığa başlayacağıq. Qəzet bizə informasiya dəstəyi verəcək. Üçüncü prioritet təhlükəsizlik və viza məsələsidir. Biz müəyyən etməliyik; metodologiya necə tətbiq olunmalıdır ki, viza məsələsi əlçatan olsun. Lakin təhlükəsizlik nöqteyi-nəzərindən ölkələr bu sahəyə münbit şərait yarada bilmir. Məhz xarici işlər nazirliklərinin xidmətindən istifadə edərək viza məsələsində turistlərin rahatlığına çalışacağıq. Dördüncü proioritet kənd turizminin yaxın illərdə inkişaf etdirilməsidir. Beşinci istiqamət isə çıxışımın əvvəlində qeyd etidiyim kimi təhsil və təlim məsələsdir. Bu məsələ böyük əhəmiyyət daşıyır. 250 bir-biri ilə əlaqələndirilmiş mərkəzlər vasitəsilə bütün dünya üzrə insanların turizm sahəsində baza bilikləri əldə etdməsinə çalışıcağıq. Bu istiqamətdə ilk turizm onlayn akademiyası reallaşacaq. Bu akademiya vasitəsilə insanlar təməl turizm bilikləri əldə edəcəklər”.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Z.Pololikaşviliyə minnətdarlığımnı bildirib. O qeyd edib ki, bu tədbirin Bakıda keçirilməsi bizim üçün çox vacibdir: “37 ölkədə turizm administrasiyasının rəhbəri Bakıya gəlib. Bu, bir fürsətdir ki, ölkəmizi tanıdaq. Gələn qonaqları bu gün axşam yenicə rekonstruksiyadan çıxmış “Yanardağ”a aparacağıq. Bir daha qeyd etmək istərdim, bu bir fürsətdir ki, ölkəmizi tanıdaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm