Milli Məclisin deputatı Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək
Bizi izləyin

Nida Xəbər

Milli Məclisin deputatı Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı Mixail Zabelin Pravoslav Parlamentlərarası Assambleyasının 26-cı Baş Assambleyasında iştirak etmək üçün iyunun 19-da Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, tədbirdə “Parlamentarizmin müasir siyasi və sosial hadisələr anlayışına töhfəsi” mövzusunda müzakirələr keçiriləcək.

Deputat dünyada baş verən ictimai-siyasi proseslərə parlamentlərin təsir imkanları, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə fikirlərini bölüşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm