• USD 1,7000 0,00% EUR 1,9066 -0,40%
    • GBP 2,1114 -0,77% RUB 0,0270 -0,37%

Avropa Şurasının nümayəndələri Ombudsman Aparatında oldu - FOTO

Avropa Şurasının nümayəndələri Ombudsman Aparatında oldu - FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ölkəmizdə fakt-araşdırma səfərində olan Avropa Şurasının “Avropada uşaqların onlayn istismarı və aldadılması” adlı layihəsinin rəhbəri Naomi Trevinnardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Ombudsman Aparatından Publika.az-a verilən məlumata görə, görüşün məqsədi Azərbaycanda internet üzərindən uşaqlara qarşı zorakılıq və onların istismarı ilə bağlı müvafiq qanunvericilik, siyasət və təcrübənin müzakirəsi, Ombudsmanın bu sahədə fəaliyyəti, habelə aparılacaq təhlil və araşdırma ilə bağlı dəstək imkanlarının dəyərləndirilməsindən ibarət olmuşdur.

Görüşdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, şöbə müdirləri Rəşid Rumzadə və Faiq Ağayev iştirak ediblər.

A.Səfixanlı qonaqları salamlayaraq, Müvəkkilin ötən illər ərzində uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində geniş fəaliyyəti, bu sahədə UNICEF və BMT-nin Uşaq Hüquqları Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələri, həmçinin uşaq hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, uşaqların, valideynlərin və onlarla işləyən şəxslərin maarifləndirilməsi, uşaq hüquq pozuntularının və uşaqlara qarşı zorakılığın aradan qaldırılması, “Uşaq Hüquqları Aylığı”nın keçirilməsi, 24 saat fəaliyyət göstərən 916 qaynar xətt xidməti barədə məlumat verib.

Görüşdə uşaq və gənclərə informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə vərdişlərinin aşılanması, valideynlərin məsuliyyətinin artırılması, uşaqların mobil telefon vasitəsilə internetdən istifadəsinin təhlükəsizliyinin təmin edilməsi, bu problemlərlə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq sənədlərin ratifikasiya edilməsinin xüsusi önəm daşıdığını, bu məsələnin Müvəkkilin diqqət mərkəzində olduğunu və illik məruzələrində uşaqların kütləvi informasiya vasitələri, internet saytları və digər vasitələrlə əldə etdikləri zərərli məlumatın onların sağlamlığına, psixoloji və mənəvi inkişafına vurduğu zərərin qarşısını almaq məqsədilə “Uşaqların zərərli məlumatlardan qorunmasına dair” qanunun qəbul edilməsi təklifini irəli sürdüyü və həmin qanunun qəbul olunduğu diqqətə çatdırılıb.

Həmçinin, Müvəkkilin də təklifləri nəzərə alınmaqla, “Azercell" şirkəti tərəfindən uşaqların internetdə təhlükəsizliyini təmin etmək məqsədilə uşaqların qeyri-qanuni saytlara girişinin qarşısının alınması, kompüter və mobil cihazlarda proqramın istifadəsinin tənzimlənməsi, uşağın internetdə olduğu haqqında valideynə birbaşa məlumatın verilməsi, onun zəng və sms-ləri barədə valideynə statistik məlumatların ötürülməsi və eləcə də sosial şəbəkələrdə dostlar siyahısında dəyişikliklər haqqında bildirişlərin və uşağın adını hallandıran postların yoxlanması kimi yeni imkanların yaradıldığı “Azercell Təhlükəsizlik” tətbiqlərinin istifadəyə verildiyi və bununla bağlı maarifləndirmə işlərinin aparıldığı bildirilib.

Müvəkkilin Milli Preventiv Mexanizm qismində dövlət uşaq müəssisələrinin monitorinqi, bu istiqamətdə təklif və tövsiyələri əsasında dövlət qurumları ilə əməkdaşlığı yetkinlik yaşına çatmayanların hüquqlarının təmini və ədalət mühakiməsi proseslərinə yanaşmaların təkmilləşdirilməsi baxımından da effektiv olduğu praktiki misallar əsasında qonaqların diqqətinə çatırılmışdır.

Ombudsmanın təşəbbüsü ilə ölkəmiz tərəfindən imzalanan Avropa Şurasının “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Lanzarote Konvensiyasının ratifikasiya edilməsinin illik məruzələrində təklif etdiyi vurğulanıb.
Həmçinin, UNICEF-in ekspertləri ilə birgə “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilib və qəbul edilməsi təklif olunub.

Ölkəmizdə uşaqların inkişafına, onların keyfiyyətli təhsil hüququnun təmin olunmasına xidmət edən informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin xüsusi önəm daşıdığını, bununla yanaşı televiziya kanallarında uşaq və gənclərə yönəlik verilişlərin, habelə sosial reklamların yayımlanması, zərərli məlumat yayan televiziya proqramlarının və onların anonslarının xüsusi ayrılmış vaxtda göstərilməsi və buna nəzarətin gücləndirilməsinin təklif edildiyi və belə hallar olduqda aradan qaldırıldığı qeyd edilib.

Görüşdə qonaqlara uşaq hüquqlarının səmərəli müdafiəsi və onlara qarşı zorakılıq hallarının aradan qaldırılması ilə bağlı Müvəkkilin təkliflərinin ölkə Prezidentinə, Milli Məclisə və müvafiq qurumlara təqdim etdiyi illik məruzələrində qeyd olunduğu bildirilib.

Ombudsmanın Təhsil Nazirliyi ilə birgə əməkdaşlıqda Bakı şəhərinin on iki, respublikamızın regionlarında isə otuz iki rayon üzrə 190-dan çox məktəbdə həyata keçirilən uşaq hüquqları üzrə Pilləli tədris proqramı çərçivəsində, habelə Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan və 15 ildən artıq fəaliyyət göstərən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbində internetdən təhlükəsiz istifadənin uşaqlar arasında təbliğinin həyata keçirildiyi və bu prosesdə on bir mindən çox şagirdin təlimçi kimi hazırlandığı vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Ombudsmanının üzvü olduğu Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) və Müvəkkilin təşəbbüsü ilə onun nəzdində yaradılmış Avropa Gənc Məsləhətçilər Şəbəkəsinin (ENYA) forumunda təsisatın və AUGSŞ-nın üzvlərinin səmərəli fəaliyyəti, “Danışın, gənclər, zorakılığa qarşı danışın” layihəsinin sonunda beş dəqiqəlik film çəkilərək, bu filmlər bir araya gətirilmiş, nəticədə 50 dəqiqəlik sənədli film kimi müxtəlif ölkələrdə geniş ictimaiyyətə təqdim edilib. Həmçinin, “Danışın, gənclər, uşaqların mental sağlamlığı barədə danışın!” adlı layihə üzrə də film hazırlanıb və təqdim edilib.

Görüşdə Ombudsmanın fəaliyyət istiqamətləri ilə bağlı nümayəndə heyətinin çoxsaylı sualları ətraflı cavablandırlmışdır. Yekunda qonaqlar səmimi qəbul və fikir mübadiləsinə görə öz minnətdarlığını bildirib, gələcək səmərəli qarşılıqlı əməkdaşlığa maraqlı olduğunu və Müvəkkilin fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR