Fövqəladə hallar nazirinin müavini Türkiyədə səfərdə oldu
Bizi izləyin

Nida Xəbər

Fövqəladə hallar nazirinin müavini Türkiyədə səfərdə oldu

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Ragim Lətifovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada səfərdə olub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildiriblər ki, səfər tikintidə smeta sənədlərinin tərtibində qiymətqoymanın resurs metodunun tətbiqi ilə bağlı qardaş ölkənin təcrübəsini öyrənmək məqsədilə təşkil edilib.

Səfər zamanı Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma Nazirliyinin, nazirliyin nəzdindəki Ali Elm Şurasının, yerli bələdiyyələrin sosial və infrastruktur layihələrinin hazırlanması, maliyyələşdirilməsi və tikinti sahəsində fəaliyyət göstərən İller Bankası Anonim Şirkətinin rəhbərliyi ilə görüşlər keçirilib, səmərəli müzakirələr aparılıb.

Ali Elm Şurasının iş təcrübəsi ilə tanışlıq zamanı tikinti resurslarının cari qiymətlərinin monitorinqinin aparılması, tikintinin ehtimal olunan dəyərinin təyin edilməsi üçün tətbiq olunan resursların sərfiyyat normaları və digər normativlər, tikinti resurslarının kodlaşdırılması, kompüter proqramlarından istifadə etməklə smeta hesablamalarının avtomatlaşdırılması və digər müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Respublikasının yeni smeta-normativ və qiymətqoyma sisteminin gələcəkdə daha da təkmilləşdirilməsi işində qardaş ölkənin müvafiq təcrübəsindən istifadə üzrə əməkdaşlığın davam etdirilməsi və bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi məqsədəuyğun hesab olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm