Roger Zavoli: Gördüyümüz səhnələr dəhşətlidir
Bizi izləyin

Nida Xəbər

Roger Zavoli: Gördüyümüz səhnələr dəhşətlidir

Çox təəssüf olsun ki, belə ciddi hallar mövcuddur. Belə vəziyətlərə imkan verməməliyik. Gördüyümüz səhnələr dəhşətlidir, humanizm baxımından qəbuledilməzdir.

Publika.az xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyası çərçivəsində Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslər məsələsinə həsr edilmiş “İki azərbaycanlı mülki şəxsin humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev” adlı tədbirin iştirakçısı, qurumun San- Marinodan olan üzvü Roger Zavoli söyləyib.

Roger Zavoli nümayiş olunan videodan sonra çox təsirləndiyini bildirərək deyib: “Belə hallara yol vermək olmaz. Çox təəssüflənirəm ki, bu gün insanlara qarşı belə amansız rəftara yol verilir. Videoda gördüklərim humanizmdən çox uzaqdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm