Nida Xəbər
Xarici diplomatlar Şəki və Zaqatalaya səfər etdi
İyunun 27-28-də Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə regionların inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaq məqsədilə Azərbaycanda fəaliyyət göstərən 50-dən artıq diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Şəki və Zaqatala rayonlarına tanışlıq səfərləri həyata keçirilir.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumat görə, səfər çərçivəsində xarici diplomatlar Şəki rayonunda “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğu, Xan Sarayı, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, Yuxarı Karvansaray, “Şəki Şərab” Azərbaycan Sənaye Korporasiyası və Kiş kəndində qədim Alban məbədi ilə tanış olacaqlar.
Diplomatlar, eyni zamanda Zaqatala rayonunda “Heydər Əliyev Mərkəzi”, Tarix-Mədəniyyət qoruğu, Heydər Parkı, Dədə Qorqud Meydanı, Alban kilsəsi, Tarix-Diyarşünaslıq Muzeyi, eləcə də Fındıq emalı zavodu, “Azroze MMC” və “Azərtütün” MMC ilə tanış olacaqlar.
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR