Nazir Bakıda qoyulacaq iki yeni heykəldən danışdı
Bizi izləyin

Nida Xəbər

Nazir Bakıda qoyulacaq iki yeni heykəldən danışdı

Mədəniniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin bu ilin əvvəlində mədəniyyət xadimləri ilə görüşündən sonra görülən işlər barədə fikrilərini jurnalistlərlə bölüşüb.

Publika.az
xəbər verir ki, nazir deyib:

“Bilirsiniz ki, görüş zamanı Bakı şəhərində bir neçə görkəmli şəxsiyyətə heykəllərin qoyulması məsələsi qaldırıldı. Qeyd edim ki, bu istiqamətdə mədəniyyət nazirinin müavini Vaqif Əliyevin rəhbərliyi altında komissiya işləyir. Komissiyaya görkəmli memarlarımız daxildir. Hacı Zeynalabdin Tağıyevin və Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılması ilə bağlı təkliflər hazırlanır. Bilirsinizmi, bu heykəllərin qoyulma yeri geniş ictimaiyyətin, memarların, heykəltaraşların iştirakı ilə müəyyən olunmalıdır. Mənim barmağımla göstərərək “filan heykəli filan yerdə ucaldın” deməyim mümkün deyil. Bu, yaradıcı bir prosesdir. Biz o təkliflərin hər birinə açıq heykəltaraşlıq müsabiqəsi yolu ilə baxmalıyıq və rəhbərliyə təqdim edəcəyik”.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm