Qüdrət Həsənquliyev: “Növbəti ildən uşaq pulu məsələsi də həllini tapmalıdır”
Bizi izləyin

Nida Xəbər

Qüdrət Həsənquliyev: “Növbəti ildən uşaq pulu məsələsi də həllini tapmalıdır”

Son aylar hökumət sosial sahədə müəyyən addımlar atıb, bir sıra istiqamətlər üzrə əməkhaqları qaldırılıb, minimum əməkhaqqı 250 manat olub. Bunlar müsbət addımlardır.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə “Məhkəmələr və hakimlər haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə haqqında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev əlavə edib ki, bəzi destruktiv qüvvələrin bu artımdan sonra inflyasiya və ya devalvasiya olacağı haqqında iddiaları əsassızdır.

Deputat hökuməti növbəti addımlar atmağa dəvət edib: “Hesab edirəm ki, növbəti ildən uşaq pulu məsələsi həll edilməli, habelə prokurorluq orqanlarının əməkdaşlarının əməkhaqları da artırılmalıdır. Korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün dövlət hakimiyyət orqanlarının təmsilçilərinə layiqli əməkhaqqı verilməlidir. Prezidentin 3 aprel fərmanında qeyd edilir ki, hüquqi islahatlar dərinləşdirilməlidir. Biz həm də çalışmalıyıq ki, hüquqi maarifçilik işi aparılsın. Əgər televiziyalarda hüquqi verilişlər verilsə, buna məhdud sayda insan baxacaq. Qərbdə bunun yolunu tapıblar. Daha çox bu məqsədlə seriallar çəkilir. İnsanlar bu seriallara baxmaqla həm əylənirlər, həm də hüququ prosedurları öyrənirlər. Biz ola bilsin ki, o səviyyədə seriallar çəkə bilmərik. Ancaq ən azından belə seriallar tərcümə edilə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm