Xəzərin hasarlanmasına deputatdan SƏRT ETİRAZ
Bizi izləyin

Nida Xəbər

Xəzərin hasarlanmasına deputatdan SƏRT ETİRAZ

Deputat Fəzail Ağamalı Xəzər dənizinin hasarlanmasına etiraz edib.

Publika.az
xəbər verir ki, F. Ağamalı bildirib ki, Xəzər dənizinin sahilini başdan-başa turizm məkanına çevirmək mümkündür:

“Allahın verdiyi neməti qiymətləndirmirik. Xəzər dənizinin sahilini hasarlayıb, qamışdan, taxtadan gecəqondularla oranı çimərliyə çeviriblər, hərə bir qiymət qoyur. Hasarlayan imkan varsa, orada yaxşı hotellər inşa etsin və nəticədə yeni iş yerləri açılsın, Xəzər dənizinin sahili insanların ixtiyarına verilsin. Xəzərin sahili bir ailənin, beş ailənin ixtiyarına verilməli deyil. Biz Milli Məclis olaraq bu məsələyə sərt reaksiyamızı ortaya qoymalıyıq”.

Parlamentin vitse-spikeri Valeh Ələsgərov isə deyib ki, bu məsələlər qanunvericilikdə əksini tapıb, bunu həyata keçirmək isə müvafiq icraedici orqanların işidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm