Tahir Kərimli: “Maliyyə amnistiyası elan etməliyik”
Bizi izləyin

Nida Xəbər

Tahir Kərimli: “Maliyyə amnistiyası elan etməliyik”

"Büdcəni artırmaq, imkanları genişləndirmək istəyiriksə, maliyyə amnistiyası elan etməliyik".

Publika.az
xəbər verir ki, bu təklifi Milli Məclisin iclasında çıxış edən Tahir Kərimli səsləndirib.

Deputat əlavə edib ki, qisasçılıq, milliləşdirmə yol deyil. Bu, bazar iqtisadiyyatıdır, insanlar şəxsi mülkiyyətini artırıblar. On minlərlə belə insan var. Bunları biz nə üçün cinayətkar kimi təqib etməliyik? Niyə daim onları mallarını geri almaq qorxusu ilə yaşadaq, pullarına göz dikək? Bunun üçün də maliyyə amnistiyası elan etməliyik. Milli Məclis amnistiya qəbul etməlidir ki, bu günə qədər nə qazanıblarsa onların mənbəyi soruşulmayacaq. Bundan sonra onlar vətəndə investisiya qoysunlar, iş yeri açsınlar, vergi versinlər. Bu imkanları artıra bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm