Rəşad İsmayılov qətərli nazirlə görüşdü - FOTO
Bizi izləyin

Nida Xəbər

Rəşad İsmayılov qətərli nazirlə görüşdü - FOTO

27 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov və Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaie arasında görüş keçirilib.

Publika.az xəbər verir ki, görüş zamanı, hər iki ölkənin dövlət başçıları və nazirlər səviyyəsində qarşılıqlı səfərlərin Azərbaycan Respublikası və Qətər Dövləti arasında siyasi, iqtisadi və texniki əlaqələrin inkişafına töhfə verdiyi və mövcud hüquq-müqavilə bazası əsasında artan istiqamətdə inkişaf etdiyi qeyd olundu.

Eyni zamanda, görüşdə iki ölkə arasında ekologiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edildi və ticarət zamanı tələb olunan sənədlərin o cümlədən, diri heyvan və heyvan məhsulları üçün nəzərdə tutulan baytarlıq sertifikatlarının qarşılıqlı tanınması üçün müvafiq tədbirlərin görülməsinin ticarət əlaqələrinin inkişafına əlavə stimul verəcəyi bildirildi.

Sonda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tərəfindən Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaie ünvanlanmış dəvət məktubunun əsli nazirə təqdim olundu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm