Dünya irsinin bu nümunələri təhlükədədir – SİYAHI
Bizi izləyin

Nida Xəbər

Dünya irsinin bu nümunələri təhlükədədir – SİYAHI

Dünya İrs Mərkəzinin Dünya İrsi Siyahısına daxil olan 1092 təbii və mədəni abidənin 5-nin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilə bilər.

Publika.az xəbər verir ki, UNESKO Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində həmin abidələrin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməsi müzakirə olunacaq.

Onlardan birincisi Hindistan ilə Banqladeşin sərhədində yerləşən dünyanın ən böyük manqrov meşəsi Sundarbandır. Adı benqal dilində "gözəl meşə" mənasını verir. Meşənin Hindistandakı hissəsi milli park elan edilib. Sundarban meşəsi 1997-ci ildə Dünya İrsi Siyahısına daxil edilib. Meşənin Banqladeşə məxsus hissəsində isə ekoloji böhran hökm sürür və bu səbəbdən onun Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməsi gözlənilir.

Digərləri isə aşağıdakılardır:

Bolqarıstanın tarixi Nessebar şəhəri,

Ohrid regionunda Albaniya və Şimali Makedoniya Respublikasına aid təbii və mədəni irs,

Kaliforniya körfəzində yerləşən Meksikaya məxus adalar və qorunan ərazilər,

Nepala məxsus Katmandu vadisi.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm