Gülnar Qasımlıya yeni vəzifə verildi
Bizi izləyin

Nida Xəbər

Gülnar Qasımlıya yeni vəzifə verildi

Gülnar Qasımlı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.

Trend-in məlumatına görə, Gülnar Səma 2014-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olub.

2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir.

İnstitutda işlədiyi müddətdə dissertasiyası əsasında 2018-ci ildə Latviyada rus dilində “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrı” adlı monoqrafiyası çap olunub. 2019-cu ildə Ədəbiyyat İnstitutunun elmi şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə publisistik məqalələrdən ibarət “Sözümüz sözdür” kitabı nəşr edilib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm