Azərbaycanda həyata keçirilən siyasətin mühüm bir hissəsi budur - Əli Əhmədov
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda həyata keçirilən siyasətin mühüm bir hissəsi budur - Əli Əhmədov

Bütün dünyada olduğu kimi, Azərbaycanda da həyata keçirilən siyasətin mühüm bir hissəsi ekoloji tarazlığın təmin edilməsidir.

Publika.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyət proqramının təqdimat mərasimində deyib.

Ə.Əhmədov bildirib ki, ekoloji dəyişiklikər bütün dünya kimi Azərbaycan cəmiyyətini də narahat edir.

Baş nazirin sözlərinə görə, YAP ekoloji problemlərin həllinə əlindən gələn dəstəyi göstərməyə çalışır.

YAP İcra katibi vurğulayıb ki, partiya 700 min ağacın əkilməsi kampaniyasını uğurla həyata keçirib:

"Ətraf mühiti qorumaq hər bir vətəndaşın vətəndaşlıq vəzifəsidir. Çünki hər kəsin təmiz hava və suya ehtiyacı var. Bunu daha geniş həyata keçirmək üçün biz nazirliklə birgə fəaliyyət həyata keçirmək təşəbbüsü irəli sürdük. Bununla biz cəmiyyətə bir ismarış veririk ki, gəlin havanın, suyun çirklənməsinin qarşısının alınmasında, ekologiyamızı təmiz saxlamaqda birgə fəaliyyət göstərək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm