Azərbaycanda 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı hadisənin GÖRÜNTÜLƏRİ - VİDEO
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı hadisənin GÖRÜNTÜLƏRİ - VİDEO

Dünən Lənkəran rayonunun Gərmətük kəndində baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, görüntülərdən hadisənin "Mercedes" markalı minik avtomobilinin kommunal idarəyə məxsus yük maşınına yandan çırpılması nəticəsində baş verdiyi məlum olur. Hadisə zamanı yük maşınını idarə edən 26 yaşlı Hakim Tahirov hadisə yerində vəfat edib. Onun sərnişini və hadisəni törədən "Mercedes"in sürücüsü isə xəstəxanaya yerləşdirilib.

Dəhşətli hadisəni əks etdirən görüntüləri təqdim edirik.

*****

6 iyul

Lənkəranda şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərinin Gərmətük qəsəbəsində “ГАЗ” markalı yük avtomobili və “Mersedes” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri aşmış yük avtomobilinin altından sürücü 1993-cü il təvəllüdlü Tahirov Hakim Mübariz oğlunun meyitini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm