Bir neçə qanun layihəsi Milli Məclisin gündəliyindən çıxarıldı
Bizi izləyin

Nida Xəbər

Bir neçə qanun layihəsi Milli Məclisin gündəliyindən çıxarıldı

Milli Məclisin növbədənkənar iclası başlayıb.

Publika.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, gündəliyə təklif edilən bəzi qanun layihələri gündəlikdən çıxarılıb.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi gündəlikdən çıxarılıb.

Parlament sədri əlavə edib ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də iyulun 12-də müzakirə ediləcək.

“Bank olmayan kredit təşkilatları haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidə gündəlikdən çıxarılıb.

Bu gün deputatlar 35 qanun layihəsini müzakirə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm