Dövlət qulluğuna qəbul imtahanı ilə bağlı qeydiyyat başlayır
Bizi izləyin

Nida Xəbər

Dövlət qulluğuna qəbul imtahanı ilə bağlı qeydiyyat başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 avqustda inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-dən Publika.az-a verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq.

İmtahanda iştirak etmək üçün qeydiyyat 9 avqust saat 16:00-dək aparılacaq. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm