İsmayıllıda güclü külək və leysan fəsadlar törətdi
Bizi izləyin

Nida Xəbər

İsmayıllıda güclü külək və leysan fəsadlar törətdi

İsmayıllı rayonunda güclü külək və leysan yağış bir sıra fəsadlar törədib.

Report xəbər verir ki, təbii hadisə nəticəsində evlərə, ağaclara, elektrik xətlərinə ciddi ziyan dəyib.

Güclü külək bir neçə evin və sosial obyektin dam örtüyünə ziyan vurub. Təbii hadisə zamanı rayonda məcburi köçkünlər üçün salınan "Qarabağ" yaşayış massivində məskunlaşan Şuşa sakini, 1969-cu il təvəllüdlü Mirzəliyev Rövşən Hümbət oğluna məxsus fərdi yaşayış evinin dam örtüyü tamamilə qopub, yağış suları evə ciddi ziyan vurub. Ailə üzvləri qonşuların köməkliyi ilə təhlükəsiz yerə köçüb.

Güclü külək nəticəsində rayon mərkəzində elektrik enerjisinin təchizatı dayanıb, qaz və su xətlərinə, meyvə bağlarına, əkin sahələrinə ziyan dəyib. Hazırda rayonda güclü külək və leysan yağış davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm