Bahar Muradova: ATƏT PA-nın Yekun sənədində Azərbaycanın maraqları təmin olundu
Bizi izləyin

Nida Xəbər

Bahar Muradova: ATƏT PA-nın Yekun sənədində Azərbaycanın maraqları təmin olundu

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında vitse-spiker və ATƏT Parlament Assambleyasında (ATƏT PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Lüksenburqda qəbul edilən yekun bəyannamənin müvafiq bəndlərinə Qağlıq Qarabağ haqqında Azərbaycanın maraqlarına uyğun olan təkliflərin salınması haqqında danışıb.

Publika.az xəbər verir ki, Lüksenburqda ATƏT PA-nın illik sessiyası keçirilib. “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə dayanıqlı inkişafa dəstək: parlamentlərin rolu” mövzusuna həsr olunan sessiyada öncə Daimi komitə toplaşıb, sonra plenar iclas keçirilib.

Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, onlar sessiyaya öncədən ciddi hazırlaşıblar.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin qarşısında əsas məqsəd kimi Azərbaycanda görülən işləri diqqətə çatdırmaq, Dağlıq Qarabağ danışıqlarının durumunu izah etmək, illik sessiyada sənədlər üzərində işlətmək, seçkilərdə Azərbaycan nümayəndə heyətinin namizədinin qələbəsini təmin etməyi qoymuşdu. Biz ciddi hazırlıq işləri gördük. Xarici İşlər Nazirliyimiz, Vyanadakı səfirliyimiz, Prezident Aparatı ilə sıx əlaqəda fəaliyyət göstərdik. Çalışdıq ki, təqdim edilən hesabatlarda və qəbul ediləcək sənədlərdə Azərbaycan maraqlarını təmin edək. Həmçinin yekun bəyannamədə Qarabağ məsələsinin öz əksini tapması üçün əlimizdən gələni etdik”.

Vitse-spiker əlavə edib ki, ATƏT PA-nın illik sessiyası zamanı Komitələrinin müvafiq sənədləri paylananda məruzədə və bəyannamədə Azərbaycanın maraqları öz əksini tapdı: “Biz 57 ölkənin nümayəndə heyətinə və hər bir parlamentaryiə məktubla müraciət edərək dəyişikliklər təklifimizin mahiyyətini ifadə etmişdik”.

Vitse-spiker ATƏT PA-nın son sənədini Azərbaycan parlament diplomatiyasının qələbəsi sayıb və bu sessiyadan razı qaldığını ifadə edib.

Lüksenburqda keçirlən ATƏT PA-nın illik sessiyasının yekun bəyannaməsinin 21-ci maddəsində göstərilir: “Ermənistan və Azərbaycan liderlərini ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan vasitəçilik səyləri çərçivəsində dialoqun gücləndirilməsinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Helsinki Yekun Aktının əsas prinsiplərinə əsaslanaraq konkret və əlverişli tədbirlər görməyə təşviq edir, o cümlədən güc və güclə hədə-qorxu gəlməkdən çəkinməyi, ərazi bütövlüyünə və xalqların öz taleyini həll etmək hüququna hörmət edilməsini vacib hesab edir”.

Bəyannamənin 22-ci bəndində deyilir: “Münaqişələrin həlli üçün razılaşdırılmış formatlar çərçivəsində nəticələrə yönəldilmiş müzakirələrin intensivləşdirilməsi tövsiyə edilir və münaqişələrin tərəflərini hörmətlə, ön şərtlər irəli sürmədən, hərtərəfli və möhkəm sülhə nail olmaq məqsədilə Gürcüstanın, Ukraynanın, Azərbaycanın və Moldova Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına tam hörmətlə yanaşmağa çağırılır”.

Xatırladaq ki, ilk dəfədir ki, ATƏT PA Gürcüstan, Ukrayna, Moldova və Azərbaycandakı münaqişə ilə bağlı vahid mövqe ifadə edir. Buna qədər Ukrayna, Gürcüstan və Moldovadakı separatizmlə bağlı vahid mövqe ifadə edilsə də, Azərbaycana fərqli münasibət göstərilib. Son qətnamədə isə MDB məkanında olan münaqişələrə vahid mövqe ifadə edilməsi Azərbaycanın uğuru hesab oluna bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm