Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı TƏKLİF
Bizi izləyin

Nida Xəbər

Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı TƏKLİF

Biz bayraq haqqında danışırıqsa, müstəqil Azərbaycanda bu bayrağı ilk dəfə qaldıran, onu enməyə qoymayan, dövləti yaradan ümumilli liderin hakimiyyətə gəlməsinin 50-ci illiyini xatırlamalıyıq. Bu gün Azərbaycan bayrağı bütün ölkələrdə və beynəlxalq təşkilatlarda dalğalanır.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentdə “Dövlət bayrağı haqqında” və “Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlara dəyişiklik zamanı dilə gətirib.

Siyavuş Novruzov bildirib ki, bir neçə gündən sonra ümummilli liderin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd ediləcək: “Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə ölkəmizdə bütün istiqamətlərdə inkişaf başladı. İkinci dəfə hakimiyyətə gəldikdə isə ölkədə qardaş qırğının, separatizmin qarşısı alındı, neft müqavilələri imzalandı, parlament formalaşdırıldı, konstitusiya qəbul edildi. Bu gün Prezident İlham Əliyev ümumilli liderin qoyduğu yol əsasında siyasət aparır. Bu dövlətin, ölkənin qurucusudur”.

S. Novruzov təklif edib ki, parlament H.Əliyevin hakimiyyətə gəlməsinin 50-ci illiyi ilə bağlı müraciət və ya qərar qəbul etsin: “İki gündən sonra onun hakimiyyətə gəlməsinin 50 illiyidir. Biz əksər qanunlara toxunduq. Heydər Əliyev olmasaydı, bu qanunlar olmazdı. Biz qərar, bəyanat və ya müraciət qəbul etməliyik. Tarix yaddaşdan tez silinir. Bu tarixi yaradan var. Təklif edirəm ki, belə bir müraciət qəbul edilsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm