Güclü külək və yağış qərb bölgəsində fəsadlar törətdi
Bizi izləyin

Nida Xəbər

Güclü külək və yağış qərb bölgəsində fəsadlar törətdi

Güclü külək və yağış qərb bölgəsində bir sıra fəsadlar törədib.

"Report"un məlumatına görə, Gəncə şəhərində günorta saatlarından başlayaraq əsən güclü külək şəhər ərazisində bir neçə iri gövdəli ağacları aşırıb.

Ağaclardan bəziləri yaxınlıqdakı avtomobillərin üzərinə düşüb. Xəsarət alan olmasa da, nəqliyyat vasitələtinə ciddi ziyan dəyib. Şəhərin Heydər Əliyev prospektində "Mercedes" markalı avtomobilin üzərinə ağacın aşması nəticəsində yolda bir müddət nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.

Eyni zamanda güclü külək Şəmkir, Tovuz və Ağstafa rayonunlarında da müşahidə olunub. Elektirik dirəklərinin aşması səbəbindən Tovuz rayonunun bəzi ərazilərində elektirik enerjisinin verilməsində fasilələr yaranıb.

Gədəbəy rayonuna isə dolu düşüb. Nəticədə meyvə ağaclarına və əkin sahələrinə ziyan dəyib.

Qeyd edək ki, bölgədə küləkli və yağıntılı hava şəraiti davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm