Nida Xəbər
Hacıəmi Atakişiyev vəfat etdi
“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin sədri Hacıəmi Atakişiyev vəfat edib.
Bu barədə “Report”a mərhumun dostları məlumat veriblər.
Məlumata görə, o, bu gün axşam saat 21 radələrində 68 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Hacıəmi Hacı oğlu Atakişiyev 1951-ci ilin 28 fevralında Bakıda doğulub. O, 1968-ci ildə 156 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub. Hacıəmi Atakişiyev institutu bitirdikdən sonra “Bakıhidrolayihə institutunda çalışıb, Şamxor və Sərsəng su elektrik stansiyalarının layihələndirilməsində yaxından iştirak edib. 1975-ci ildən Bakı şəhər Komitəsinin “İçərişəhər” müdiriyyətində çalışıb və memar heyətilə birlikdə İçərişəhərin Baş planını hazırlayıb. 1978-ci ildə Azərbaycan İnşaat İnstitutunun aspiranturasına daxil olub. O, 1984-1999-cu illər arası Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH), Şəhər tərtibatı dizayn İdarəsinin rəisi, Bakı şəhər Baş memarının müavini, Bakı şəhərinin baş rəssamı və “Reklam-informasiya” Departamentinin sədri, habelə digər vəzifələrdə çalışıb.
Mərhum sabah torpağa tapşırılacaq. Onunla vida mərasimi Şüvəlan qəsəbəsində keçiriləcək.
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı