Nida Xəbər
Gürcüstanda güclü sel - Azərbaycanlılara ziyan dəydi
Gürcüstanın Marneuli rayonunda azərbaycanlıların yaşağıdı Kirəc Muğanlı kəndinə güclü seldən ciddi ziyan dəyib.
"Report" xəbər verir ki, son günlər yağan aramsız yağışlar nəticəsində kəndin yolları, əkin sahələri və yaşayış evlərinin zirzəmiləri su altında qalıb.
Kənd sakinləri bildiriblər ki, selin yaratdığı fəsadlarla hər il üzləşirlər. Onların sözlərinə görə, buna səbəb kəndin drenaj sisteminin yararsız olmasıdır. Sakinlər bu məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem bu günə qədər həll olunmamış qalır.
Kəndə cəlb olunan xüsusi texnika yolları artıq təmizləyib. Sakinlər evlərin həyətlərinin də təmizlənməsini tələb edirlər.
Marneuli rayonunun rəhbəri Zaur Darğallı Kirəc Muğanlı kəndinə baş çəkərək, təbii fəlakətin yaratdığı problemlərlə tanış olub.
O, bildirib ki, güclü selin fəsadlarının aradan qaldırılması üçün əlavə köməyin göstərilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunub.
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı