Nida Xəbər
Dünyanın ən təhlükəsiz ölkələri - Azərbaycan neçəncidir?
"Numbeo" servisi 2019-cu ilin ilk yarısı üzrə dünyanın ən təhlükəsiz ölkələrinin və şəhərlərinin reytinqini dərc edib.
"Report" xəbər verir ki, xidmətin ekspertləri dünyanın 123 ölkəsində və 328 şəhərindəki cinayətkarlıq səviyyəsini təhlil ediblər.
Azərbaycan bu reytinqdə 34-cü yeri tutub (cinayətkarlıq indeksi - 32,68, təhlükəsizlik indeksi - 67,32).
Qətər dünyanın ən təhlükəsiz ölkəsidir. Orada cinayətkarlıq indeksi 12, təhlükəsizlik indeksi 88 baldır. Birləşmiş Ərəb Əmirlikləri (cinayətkarlıq indeksi - 15,52, təhlükəsizlik indeksi - 84,48) ikinci, Yaponiya (cinayətkarlıq indeksi - 15,91, təhlükəsizlik indeksi - 84,09) isə üçüncü sırada yer alıb.
Ən təhlükəli ölkələr sırasında Əfqanıstan, Papua Yeni Qvineya və Cənubi Afrika göstərilib.
Həmçinin dünya şəhərləri üzrə ayrıca təhlükəsizlik reytinqi tərtib edilib. Bakı dünyanın ən təhlükəsiz şəhərləri arasında 86-cı yeri tutub. İlk üçlükdə Əbu-Dabi (BƏƏ), Doha (Qətər) və Kvebek (Kanada) yer alıb.
Dünyanın ən təhlükəli şəhərləri isə Karakas (Venesuela), Pitermaritsburq (Cənubi Afrika) və Port Morsbi (Papua Yeni Qvineya) hesab olunur.
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO