Nida Xəbər
Sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə RƏSMİ AÇIQLAMA
Sükan arxasında narkotik vasitə istifadə etdiyi deyilən sürücü barədə hüquq-mühafizə orqanlarına müraciət olunub.
Trend-in məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, fakt öz təsdiqini taparsa, daşıcı şirkət barədə ölçü götürüləcək:
"İyun ayının 26-da Bakı-Laqodexi marşrut xətti üzrə hərəkətdə olan beynəlxalq daşımalara aid müntəzəm marşrut xəttində sürücü Şabanov Zaur Sabir oğlunun sükan arxasında narkotik vasitədən istifadə etdiyinə dair sərnişin tərəfindən daxil olan şikayət və videogörüntü ilə bağlı hüquq-mühafizə orqanlarına şifahi şəkildə məlumat verilib. Fakt öz təsdiqini taparsa daşıyıcı şirkət tərəfimizdən ciddi xəbərdarlıq almaqla yanaşı, xətdən 1 ay müddətinə uzaqlaşdırılacaq".
N.Allahyarova əlavə edib ki, sərnişinlər bu cür hallarla və digər qayda pozuntuları ilə rastlaşdıqları təqdirdə ilk növbədə hüquq-mühafizə orqanlarına və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 566-52-58 nömrəli Çağrı Mərkəzinə müraciət etsinlər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!