Polad Bülbüloğlu yeni səfirlə görüşdü
Bizi izləyin

Nida Xəbər

Polad Bülbüloğlu yeni səfirlə görüşdü

İyulun 19-u səfir Polad Bülbüloğlu Tanzaniya Birləşmiş Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Simon Mumvini qəbul edib.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Tanzaniya arasında ikitərəfli münasibətlərin səviyyəsi və onun inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Səfir Polad Bülbüloğlu 7 fevral 2019-cu il tarixində iki ölkə arasında imzalanmış diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünikenin Azərbaycan ilə Tanzaniya arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Həmçinin görüş zamanı ölkələrimizin üzv olduğu beynəlxalq və regional təşkilatlar çərçivəsində əlaqələndirmənin gücləndirilməsi, qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkil edilməsi, iqtisadi-ticari əməkdaşlığın perspektivlərinin nəzərdən keçirilməsi kimi mövzular müzakirə olunub.

Polad Bülbüloğlu Azərbaycanın yerləşdiyi regionda cərəyan edən proseslər, ölkəmizin üzləşdiyi təhdidlər barədə həmsöhbətinə ətraflı məlumat vermiş və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm