Avstraliyalı səfirə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Avstraliyalı səfirə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verildi - FOTO

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Avstraliya İttifaqının bu ölkədə yeni təyin olunmuş səfiri Qreym Mixan ilə görüşüb.

Publika.az xəbər verir ki, həmkarını təyinatı ilə əlaqədar təbrik edən P.Bülbüloğlu ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Səfir P.Bülbüloğlu Azərbaycan ilə Avstraliya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, dövlətlərarası əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu vurğulayıb.

Azərbaycanın səfiri Rusiyada akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti haqqında da məlumat verib.

Görüşdə dünya ölkələrinin qarşılaşdığı təhdidlər və çağırışlara qarşı birgə mübarizənin vacibliyi və müasir beynəlxalq münasibətlərdə qəbul edilmiş normalara riayət edilməsinə ciddi ehtiyac duyulduğu qeyd olunub.

P.Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri haqqında avstraliyalı diplomata ətraflı məlumat verib, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləyib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm