Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün - Gənc oğlandan DƏHŞƏTLİ ƏMƏL - /FOTO
Bizi izləyin

Nida Xəbər

Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün - Gənc oğlandan DƏHŞƏTLİ ƏMƏL - /FOTO

Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.

Publika.az xəbər verir ki, kənd sakini 25 yaşlı Səfərov Mahir Nəbi oğlu ailəsi sevdiyi qıza elçi getmədiyinə görə özünü öldürüb.

Kənd sakinləri iddia edir ki, Səfərovlar ailəsi imkansız olduğundan, Mahirin Nügədi kəndindən sevdiyi qıza elçi getməyə razılıq verməyib. İntiharın səbəbi kimi də bu göstərilir.

Mahir intihar edəcəyi barədə əvvəlcə sevdiyi qıza məlumat verib. Qız oğlanın ailəsini bu barədə xəbərdar etsə də, artıq gec olub.

Mahirin ipdən asılı olan cansız bədənini öncə nənəsi aşkarlayıb.

Digər məlumata görə, Mahirin intihar edərkən istifadə etdiyi ipi dükandan aldığını çoxları görüb, lakin heç kim buna fikir verməyib.

Bu gün Mahirin üç mərasimidir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, M.Səfərov özünü qohumlarının evinin qarajında hündür yerdən asıb. (Oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm