Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası
Bizi izləyin

Nida Xəbər

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar və gürcülərin birgə yaşadığı Qambori kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

“Report” xəbər verir ki, sakinlər kənddə içməli su probleminin həll olunmasını tələb ediblər.

Kəndin mərkəzi avtomobil yolunu bağlayan sakinlər 15 ildir susuzluqdan əziyyət çəkdiklərini bildiriblər. Onların sözlərinə görə, problemlə bağlı Saqareco bələdiyyəsinə dəfələrlə müraciət olunsa da, məsələ həll olunmamış qalıb.

Polisin müdaxiləsindən sonra etirazçıların bağladığı yolda hərəkət qismən bərpa olunub.

Qambori sakinləri Saqareco bələdiyyəsinin rəhbər şəxsləri ilə görüş tələb edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm