Nida Xəbər
Sürücülərə VACİB XƏBƏRDARLIQ
Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib.
Publika.az-ın xəbərinə görə, müraciətdə bildirilir ki, paytaxt Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının səmərəli təşkili məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən nəqliyyat tədbirlərinin icrası davam etdirilir:
"Bildiyiniz kimi, müəyyən olunmuş marşrutlar üzrə çəkilmiş sarı zolaqlar idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında və təhlükəsiz çatmasını təmin etmək məqsədi daşıyır. Lakin bəzi şəxsi nəqliyyat vasitəsi sürücüləri bir çox hallarda zolağa daxil olaraq avtobusların qarşısına çıxmaqla, ara məsafəsi gözləmədən arxası ilə irəliləməklə və ya ani manevrlər etməklə hərəkətə mane olaraq qəza şəraiti yaradırlar.
Qeyd edilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarını xüsusən də sürücüləri festival müddətində yol hərəkəti qaydalarına, o cümlədən də sarı zolağın tələbinə əməl etməyə çağırır.
Şəhərimizdə keçirilən əvvəlki oyunlarda olduğu kimi festivalın davam etdiyi günlərdə də hərəkət iştirakçılarının tətbiq edilən müvəqqəti dəyişikliklərə anlayışla yanaşacaqlarına ümid edirik.
Hərəkət iştirakçılarının həyata keçirilən tədbirlərə əsl vətəndaşlıq, xalqımıza xas olan yüksək mədəniyyət və qonaqpərvərlik mövqeyindən yanaşması ölkəmizin müsbət imicinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir".
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!