9 naməlum şəhidə aid meyitin qalıqlarının ekshumasiyası keçirildi - RƏSMİ
Bizi izləyin

Nida Xəbər

9 naməlum şəhidə aid meyitin qalıqlarının ekshumasiyası keçirildi - RƏSMİ

1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olan və tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid məzarlarla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Azərbaycan Respublikasının Baş prokuroruna müraciətinə əsasən, Bakı Hərbi Məhkəməsi tərəfindən 2019-cu il 14 iyun tarixli Qərar qəbul edilib. Qərara uyğun olaraq, “Şəmmədli” qəbiristanlığında 9 naməlum məzarda dəfn edilmiş şəhidlərə aid meyitlərin qalıqlarının ekshumasiyası nəzərdə tutulur.

Publika.az-a Dövlət Komissiyasından bildirilib ki, iyulun 23-də meyitlərin qalıqlarının ekshumasiyası və tibbi-genetik ekspertizasının keçirilməsi istiqamətində işlərə başlanılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Dövlət Təhlükəsizliyi Xidməti, Respublika Hərbi Prokurorluğu və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilən prosesin yekunları barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm