Xəzərdə qəzaya uğrayan qırıcımızın PİLOTU KİMDİR? - ŞOK FAKT
Bizi izləyin

Nida Xəbər

Xəzərdə qəzaya uğrayan qırıcımızın PİLOTU KİMDİR? - ŞOK FAKT

İyulun 24-də Xəzər dənizində qəzaya uğrayan Azərbaycanın hərbi təyyarəsinin pilotu Rəşad Atakişiyev politoloq Qabil Hüseynlinin kürəkənidir.

Bu barədə “Report”a Q.Hüseynli məlumat verib.

Q.Hüseynli qeyd edib ki, R.Atakişiyev peşəkar pilotdur: “Hələ də inana bilmirəm ki, onun başına bu cür iş gəlib...”

O bildirib ki, pilotun axtarışı yüksək peşəkarlıqla aparılır.

Qeyd edək ki, 34 yaşlı R.Atakişiyevin iki oğlan övladı var.

Xatırladaq ki, İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm