Nida Xəbər
Azərbaycan səfiri italyan qəzetinə erməni vəhşiliyindən danışdı
YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda uğurla keçirilməsi və bunun İtaliya mətbuatında geniş əks-səda doğurmasının ardınca İtaliyanın “Linkiesta” qəzetində erməni propoqandasının təsiri altında “Azərbaycan çox dəyərli arxeoloji əraziləri dağıdır və YUNESKO bunu alqışlayır” başlıqlı erməni tərəfinin yalan və uydurma məlumatlarına əsaslanan təxribatçı məqalə dərc olunub.
Publika.az-ın məlumatına görə, bununla bağlı Azərbaycanın İtaliyadakı Səfirliyi qəzetin redaksiyasına etiraz məktubu yollayaraq erməni tərəfinin maraqlarına xidmət edən bu məqalədəki məlumatların yalan və uydurma olduğunu, məqalənin müəllifinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü görməzdən gəldiyinin anlaşılmaz olduğunu bildirib.
Nəticədə, "Linkiesta" qəzeti Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən geniş müsahibə götürüb və müsahibə 29 iyul tarixində işıq üzü görüb.
Müsahibəsində Azərbaycan diplomatı qəzetin suallarına cavab olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri, münaqişənin tarixi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün nəticələri, qeyd olunan məqalənin hansı səbəblərdən erməni propoqandasına xidmət etdiyi, erməni lobbisinin ölkəmizə qarşı apardığı çirkin kampaniya və bunun tərəfimizdən ifşa olunması, Azərbaycanın multikulturalizm modeli, Azərbaycan-YUNESKO əməkdaşlığı, münaqişəsinin nizamlanmasına dair beynəlxalq hüquqi-normativ baza və münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi barədə danışıb.
Müsahibə ilə BURADAN tanış olo bilərsiniz.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!