• USD 1,7000 0,00% EUR 2,0614 +0,23%
    • GBP 2,3949 -0,17% RUB 0,0236 0,00%

Bakıda İran və Qazaxıstan nümayəndələri ilə görüş - FOTO

Bakıda İran və Qazaxıstan nümayəndələri ilə görüş - FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov iyulun 30-da Qazaxıstan Hərbi Dəniz Donanmasının nümayəndəsi, 1-ci dərəcəli kapitan Kanat Niyazbekovun və İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi, 1-ci dərəcəli kapitan Hüseyn Həsəninin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşlər keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, görüşlərdə Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR