SON DƏQİQƏ: Döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutuldu, 1 hərbçimiz yaralandı
Bizi izləyin

Nida Xəbər

SON DƏQİQƏ: Döyüş mövqelərimiz düşmən tərəfindən atəşə tutuldu, 1 hərbçimiz yaralandı

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sər­həd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları da­vam edir.

DSX-dən Publika.az-a verilən məlumata görə, 2019-cu ilin 31 iyul tarixində saat 16:40-da döyüş mövqe­lərimiz düş­mən tərəfindən atə­şə tutul­ub. Düş­mənin atəş nöqtələri cavab atəşilə sus­durulub.

Atışma zamanı dö­yüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xid­mətinin 1 hərbi qulluqçusu yara­lanıb. Sər­hədçiyə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təh­lükə yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm