Artilleriyaçılarımız atışlara başladı - FOTO
Bizi izləyin

Nida Xəbər

Artilleriyaçılarımız atışlara başladı - FOTO

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məqsədilə məşqlər edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, yarışlarda iştirak etmək üçün təqdim edilən silahlara texniki baxış keçirən artilleriyaçılarımız təhlükəsizlik qaydaları, növbəti mərhələnin şərtləri və atış nöqtələrinin texniki imkanları ilə tanış olublar.

Hazırlıq prosesini yekunlaşdıran komandamız atıcı silahlar, qumbaraatan və minaatanlardan sınaq atışlarını yerinə yetiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm